
Ayxan Ayvazın “Buri” kitabı
Ayxan Ayvaz 1 aprel 1992-ci ildə Tiflis şəhərində anadan olub.
Məktəb vaxtlarından ədəbi fəaliyyətlə məşğul olub, ədəbi mühitdə tanınıb və dövrün məşhur qəzet və jurnallarında çıxış edib. Bir çox mükafatlar qazanıb. 2008-ci ildə Mədəniyyət Nazirliyinin təşkil etdiyi nəsr müsabiqəsində və 2013-ci ildə Azadlıq Radiosunun keçirdiyi ədəbiyyat müsabiqəsində qaliblərdən biri olub. Çağdaş Azərbaycan ədəbiyyatının ən qalmaqallı yazarlarından hesab olunur. 2009-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olsa da daha sonra birlik haqqında səsləndirdiyi kəskin fikirlərə görə 2015-ci ildə üzvlükdən çıxarılıb.
Mərhum yazıçı Eyvaz Əlləzoğlunun oğludur. 2011-ci ildə ata və anasını faciəli şəkildə itirib.
Kitabları:
Mən necə Polat Alemdar oldum? – 2011 (komik roman)
Buri – 2017 (hekayələr)
Mavra, Zəhra və başqaları – 2020 (reportaj-hekayələr)