Arxalı canavar. Elxan Elatlı (PDF yüklə)

Arxalı canavar. Elxan Elatlı (PDF yüklə)
Arxalı canavar. Elxan Elatlı (PDF yüklə)

Elxan Elatlı “Arxalı canavar” kitabı

PDF yüklə

 

Elxan Elatlı “Arxalı canavar” adlı romanı 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır.

 

Əsər haqqında:

Selcan adlı tələbə qız yay tətilində rayonda olarkən sevgilisi Bakıdan onu görməyə gəlir. Hər iki gənc elə həmin gün də müəmmalı şəkildə yoxa çıxır… Məxfi şöbənin rəisi, polkovnik Baratov sevimli nəvəsinin oğurlandığını eşidən kimi özünü rayona çatdırır. Burada hüquq-mühafizə orqanlarının rəhbərləri ilə söhbət edərkən onların biganəliyindən anlayır ki, hadisənin arxasında kifayət qədər güclü şəxs durur. Əlaqədar orqanları işə qarışdırmaqla məsələni böyüdüb nəvəsinin ölümünə bais ola biləcəyini düşünür və qərara gəlir ki, qızın axtarışı ilə birbaşa özünün rəhbərlik etdiyi məxfi şöbə məşğul olsun. Bu zaman ağlına şöbənin ən bacarıqlı əməkdaşı, “Leopard” ləqəbli mayor Ələmdar Məlikov gəlir. Lakin burada Baratovu narahat edən bir şey vardı: Ələmdar ölümün gözünə dik baxan, cəsarətli, güclü və peşəkar əks-kəşfiyyatçı olsa da bir qədər çılğındır, xüsusilə də namus məsələsində heç nəyə güzəştə gedən deyil; o, gənc qızı oğurlayan şərəfsizlərlə qarşı mübarizədə soyuqqanlı olmayacaq… Bunu düşünən Baratov qərara gəlir ki, ölkənin ən məşhur cinayət-axtarış ekspertini – istefada olan polkovnik Qanbay Qasımlını da bu işə cəlb eləsin…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir