
Tahir Həsənlinin “Qaçaq Mayıl dastanı” kitabı
“Yerfililər”, “Yerfi töhfələri” kitablarının və bir çox məqalələrin müəllifi Tahir Həsənli yaşadığı ərazi ilə bağlı axtarışlarının davamı kimi XX əsrin əvvəllərində Azərbaycanın şimal bölgəsində igidliyi və rəhbərliyi ilə tanınmış, Qaçaq Mayıl adı ilə məşhurlaşmış tarixi şəxsiyyətin fəaliyyəti ilə bağlı “Qaçaq Mayıl dastanı” adlı əsərini sizlərə təqdim edir.
Müəllif əsərdə Qaçaq Mayılın gələcək nəsillərə təqdim ediləsi müsbət cəhətləri fonunda onun bədiiləşmiş obrazını yaratmışdır.
Çox sevdiyim yazıçıdır əsərlərini oxumaq mənim üçün çox dəyərli və böyük qururdu belə gözəl yazıçının əsərləri məndə böyük təəssürat yaratdığını bildirmək istəyirəm .