Yazıçı Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub.
Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika-riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.
1980-1985-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxuyub. 1985-2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.
mənbə: vikipediya
Elxan Elatlının kitabları PDF yüklə:
Xəyanət. Elxan Elatlı (PDF yüklə)
Qan ləkəsi. Elxan Elatlı (PDF yüklə)
Pəncərədə görünən kölgə. Elxan Elatlı (PDF yüklə)
O gecə yağış yağırdı. Elxan Elatlı (PDF yüklə)
Bakıdan gələn xəfiyyə. Elxan Elatlı (PDF yüklə)
Cəhənnəmdən gələn səs. Elxan Elatlı (PDF yüklə)
Dilənçi qadının sirri. Elxan Elatlı (PDF yüklə)
Bir yanıt yazın